YETİM ULDUZLAR
Sısqa ulduzlar var, üfürsən sönər; Sanki görünməyə utanar çoxu. İşıqlı ulduzlar məğrur görünər, Nə donqar olarlar, nə şil, nə çopur.
Yetim ulduzlardır zəiflər yəqin, Günəş də ögeylik, doğmalıq bilir. Bəlkə də onları görməmək üçün Ay bəzən gecələr qeybə çəkilir.
Yaxın parıltıda çox gözlər çimir, İşığın beləsə, yolun var, buyur! Uzaq ulduzlar da dahilər kimi: Əlçatmaz olanda yetim olubdur...
Avqust, 1975
|
|