Başdaşımı kim öpəcək son dəfə? - Bir sən, bir də Vətən küləkləri. Məzarıma gül səpəcək son dəfə - Bir sən, bir də Vətən küləkləri.
Daş dünyada daş olmaqdan qoruyar, Qəlpələnib sovrulmaqdan qoruyar, Tənhalaşıb qovrulmaqdan qoruyar Bir sən, bir də Vətən küləkləri.
Varsa əgər bu boyda bir cığırım - Bir qarışqa cığırına sığınım. Mən yıxıldım, öz dalğamdan yıxıldım, Sən bil, bir də Vətən küləkləri...
1980
|
|