İKİ DOST ARASINDA
İki dostun arasından üçüncü adam Su keçirtdi; Bölündü bu bolünməz iki. Su çalxalandı, su duruldu, suya lil qatan Haray saldı: "İçilməzdi, keçilməzdi ki..." Su içildi, su keçildi, körpü yarandı; Bəli, sahil yaratmaqdı birinci addım, Körpü uçan, körpü sınan, körpü yanandı, Dost arası atılmışdı bu incə addım...
1980
|
|