QAYIT DEDİM
Bir bahara əl uzatdım, bir qışa Qayıt, dedim, qayıtmadı. Bir səhraya qəfil düşən yağışa Qayıt, dedim, qayıtmadı.
Yazımın son bənövşəsi - küsənim, Günəş sənin, torpaq sənin, su sənin. "Ay ətrindən doymadığım süsənim,” Qayıt, dedim, qayıtmadı.
İnadına qamçı vurub ötürmə, Uçan dağın daş ömründən ömür nə? Qaya yıxdım, bir də qaya ömrünə Qayıt, dedim, qayıtmadı.
Daş ayıltdı, su kiritdi bu havar: Qocalığa nə tələsək, bu ha var. Gəncliyimi harayladım bu hava: Qayıt, dedim, qayıtmadı...
1980
|
|