QAYTAR MƏNİ
Yaşar Əliyevə
Gönül, bu gün nağıl danış, Dünənimə qaytar məni. Ələnməmiş, üyünməmiş Öz mənimə qaytar məni.
Mamırına dolu yatan Bir dağ döşü -bir daş otaq... Nə əl dəyən, nə zəng çatan Ünvanıma qaytar məni.
Nədir itən, nədir qalan?.. Beş-on sözdür ümid - qalam. Baş aparsam, başsız qallam, Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar, Sahillərdən punhan yaşar. Yaşamağa güman yaşar, Gümanıma qaytar məni.
1980
|
|