| | * **
 
 Birinci sevgini iyləyib atdın,
 Dər görək, bu çiçək necə çiçəkdi?
 Elə ki, məhəbbət bazarı açdın,
 Bütün məhəbbətlər köhnələcəkdir.
 
 Dönüb baxacaqsan keçdiyin yola:
 Küləklər haraylı,
 daşlar uyğulu...
 Bu sevda selləri rəddini yonar
 Sənə layiqlinin, sənə uyğunun.
 
 Bir də qulağında səslənməz adım,
 O da qurban olar ikinci eşqə.
 Ancaq qorxuludur sonrakı addım,
 Sonra ikiləşmə,
 İkinciləşmə...
 
 1981
 
 
 | 
 |