YALANÇININ EVİ YANDI
Yalançının evi yandı göz qabağında, Hamı baxdı, hamı gördü, Hamı inandı. Şübhəsi yox: ilanın da, qurbağanın da: Evdi- yandı, daşdı-yandı, Torpaqdı-yandı.
Yalançının dili yandı göz görə-görə, İnanmadı dili alov yaxanlar belə. Xəbər yetdi ona töhfə dil verənlərə, İnanmadı kirpiyindən yaxınlar belə.
Ağlığına inam itər dağda qarın da, Ara vuran bal qatanda şərə, qeybətə. Yalançının dili yanmaz, söz bazarında Yaxşı yalan satılarsa, yaxşı qiymətə...
24 mart, 1987.
|
|