YAŞAMAĞA NƏ VAR Kİ?
Özündən azca uzağı Məni görməyə qoymurlar. Özümün sərhəd xəttimdə Məni ölməyə qoymurlar. Nə içimdə ağlamağa, Nə də gülməyə qoymurlar.
Gözlərini satır dargöz, Bəxşiş vermək istər mənə. Nə ki könlümə yatmazdı Tezcə tapar, pislər mənə. Qanmaz qansa ki, qanmazdı, Yaşamağa nə var, qardaş!
Min arşın quyu dibində, Tamahkar əli cibində Gözlər ki, ulduz yağacaq, Ulduzla qızıl yağacaq. Bu hikməti babam deyib: "Girsiz dostdan bir qara daş..." Məni məndən gizlədərmiş Mən çəkdirən divar, qardaş! Qanan qandırsa qanmazı Yaşamağa nə var, qardaş!
Bu dünya bir sınıq gəmi... Tərsi hara, düzü hara... Məni alıb yedəyinə, Üzgü bilməz, üzür hara? - Hər şey sirli, hər şey aydın, Pişik hürür, it yerinə, İt cumur toyuq yeminə. İçimdəki dava qoymur Çölümdə davanı görəm. Çətin burda anlamazı Görən adamı görəm.
Bu toydan başım çıxmadı, Bu yasdan başım çıxmadı, Evlənən kimdi, bilmədim; Və ölən kimdi, bilmədim. Bu dünya bir sınıq gəmi, Öz qollarım avar, qardaş, Yaşamaq nədi, bilməsən Yaşamağa nə var, qardaş!
1993
|
|