SƏNƏ İNANIRAM
Nə dona girsə də ilandır, ilan, Lənət ağına da, qarasına da. Nə dildə danışsa, - şeytandı, şeytan, Lənət bozuna da, alasına da. Bunu mən demirəm. babalar deyib: Qurdunan yoldaş ol, çomağı bərk tut; Göz qırpdın qapacaq o üzə gülən, Az oldu yaltaqdı, çox oldu cəllad. "Böyüklər" dalında gizlənə bilən Fərqi yox kişidi, fərqi yox arvad. İçində gizlənər eşik görkəmi; Sümsünər it kimi, sinər qurd kimi, "Böyüklər" dalında görünməz onlar.
Beləcə, kiçilər "böyük olanlar" Beləcə böyüməz kiçik olanlar. Ayaq yalayanlar - küçük olanlar, Kiçiklər zənciri böyük əlində, Yüz səmtə qısqırdar yeri gələndə. Yüz yol söz verildi, and da içildi, Unutduq: "bu itlər girəvəcildi", Çevrildin, qəfildən qapacaq səni, Qapıb öz baltanı çapacaq səni, Hələlik bu düşüb baxtımıza, bu, Hələlik doğrudur bu acı doğru. Ayıq olmalıyıq hər yerdə ayıq, Süfrədə, yataqda, səngərdə ayıq, Mən ayıq, sən ayıq, sərkərdə ayıq...
O kimdi dəm olan özgə yasından? O kimdi haqsızı haqlı eləyən? Ayını təzdirib mağarasından, "Bu mənim tarixi muzeyim..." - deyə! İçər sağlığına bir məkri varsa, Yoluna bir qucaq təbriklə çıxar. Süfrəndə yağlıca bir tikə görsə, Ağzında dişinə şərikli çıxar. Bundan da betərdi öz olanımız, Əyri olanlardı düz olanımız. Bundan da betəri: bölgəbazlarıq, Badələr dalında ölkəbazlarıq.
Qeyrətdən güc alar gücü az ölkə, Ölkə yox, ölgədir qorunmaz ölkə. Bu, mənim vəzifəm: əli qələmdə, Bu, mənim vəzifəm: sözü kürsüdə... Bu, sənin vəzifən: əli tətikdə, Bu, sənin vəzifən: gözü üfüqdə...
Başımın üstündə müqəddəs Quran, Sənə inanıram, ölkə rəhbəri. Sənə inanıram, keşikdə duran Ayıq Vətən oğlu, Vətən əsgəri!
8 may, 1995
|
|