GECİKDİ
Mən tale-bəxt oyununda naşıyam, Bu torpağın yumruq boyda daşıyam. Ünvanıma işıq yükü daşıyan, Xoş xəbərlər, xoş diləklər gecikdi.
Kimə qəmdi, kimə dəmdi bu çağım. Oyan, könlüm, bu son andı, çal-çağır: Hanı cərrah, hanı cərrah bıçağı? - Ağızucu deyəcəklər: "gecikdi..."
Yer düzələr, yox düzəlməz bu kərki; Vədəsində getməlidi gedərgi, Mənası yox, nə xahişin, nə ərkin, Mən tələsdim, gələcəklər gecikdi.
19 tyun, 1996. Quba-Digah
|
|