KİRPİNİN XƏBƏRDARLIĞI
İlan dedi: - Çalağan, Gəl səninlə dost olaq, Bundan belə ikimiz Qoşa gəzək, dolanaq. Sən leyləyi qovala, Qoy boş qalsın yuvası, Mən də sənə gətirim, Göyərçin yumurtası. Sən qaçırt kirpini Bağ-bağatdan uzağa, Mən də sənə gətirim Balaca göy qurbağa. İstəsən sarınaram Dimdiyinin altına. Hamı heyrətlə baxar Qızıl xallı xaltana. Çalağan əvvəl güldü, Sonra qorxdu, duruxdu. Bu dəmdə kol dibindən Kirpinin burnu çıxdı. Qulağında səs tutan Uzun qamış qarğısı. Sən demə ki, ilana Bayaqdan qulaq asır. Mat qaldı ovçu kirpi. Fit çaldı ovçu kirpi. Dedi: - İlan sözünə İnanma, ay çalağan! İlan sürünüb çıxdı Elə bu an aradan...
Oktyabr 1983
|
|