MƏNİM YOLUM
Bir yolun yolçusuyam, Sürət də gərək, təmkin də. Mən şad da olmalıyam, Əsəbi də, qəmgin də. Gedən çox, yol uzundur, Səs də çox, iz də çoxdur. Bir-birinə bənzəyən Nəğmə də, söz də çoxdur. O gur səslər içində Səsimi tapmalıyam. Yerimi, yerişimi, İzimi tapmalıyam. Özümü axtarmalı, Özümü tapmalıyam...
15 avqust, 1962.
|
|